AŞPA-nın həmməruzəçiləri Ədliyyə Nazirliyində

post-img

Dünən Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və xanım Liz Kristofersen ilə görüşüb.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məh­kəmə-hüquq sistemində apa­rılan kompleks qanunvericilik, institusional və praktiki tədbirlər barədə məlumat verib, məhkəmə hakimiyyətinin müstəqil özünüi­darə fəaliyyətini, hakimlərin Av­ropa Şurası tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimini qeyd edib. 

Qonaqlar Azərbaycanda hüquqi sahədə islahatları və na­iliyyətləri məmnunluqla qarşı­layıb, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, korrupsiya ilə mübarizə, qar­şıda duran çağırışlar və digər məsələlər üzrə faydalı fikir müba­diləsi aparıblar.

“Xalq qəzeti”

Son xəbərlər