AŞPA təmsilçiləri Ağdamda

post-img

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

Həmməruzəçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşi­liklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövləti­nin həyata keçirdiyi yenidənqurma və tikinti-quruculuq işləri ilə tanış olub­lar. Qonaqlara Ağdamın tarixi, burada törədilən erməni vandalizmi, minalan­mış ərazilər barədə məlumat verilib. 

Ağdam şəhər Cümə məscidinə gələn AŞPA diplomatlarına ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri barədə məlu­mat verilib. Qeyd edilib ki, şəhər işğaldan azad olunduqdan sonra Heydər Əliyev Fondu Cümə məscidində bərpa-restav­rasiya işlərinə başlayıb.

Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdik­ləri binaların xarabalıqlarına da baxıblar.

Həmməruzəçilər sonra Ağdam şəhə­rindəki Şəhidlər xiyabanında erməni bar­barlığının şahidi olublar. 

Azərbaycan Respublikası Prezidenti xüsusi nümayəndəliyinin Ağdamdakı qə­rargahında qonaqlara şəhərin Baş planı çərçivəsində həyata keçirilən qurucu­luq işləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, “Qafqazın Xirosi­ması” kimi tanınan Ağdam Azərbaycan Prezidentinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək. Doğma yurdlarından 30 il ayrı düşmüş in­sanların şəhərə təhlükəsiz qayıdışı təmin ediləcək.

“Xalq qəzeti”

Son xəbərlər