Litva Azərbaycanın tibbi sığorta təcrübəsini öyrənir

post-img

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Litva Respublikasının Səhiyyə Nazirliyi yanında Dövlət Tibbi Sığorta Fondunun Baş direktoru Qintaras Katsaviçusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan nazir Teymur Musayev ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində uğurlu əməkdaşlıq oldu­ğunu diqqətə çatdırıb.

Nazir əhalinin sağlamlığının qorunma­sına istiqamətlənmiş və həmrəylik prinsi­pinə əsaslanan sosial layihə olan icbari tibbi sığortanın 2021-ci ildən etibarən res­publikamızda tam tətbiq edildiyini, Səhiy­yə Nazirliyinin bu prosesə dəstək verdiyini qeyd edib. Həmçinin vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqi planı səhiyyə mo­dullarının tədricən fayda paketinə daxil edilməsini nəzərdə tutur. 

Bildirilib ki, bütün islahatların əsasında səhiyyə sisteminin rəqəmsallaşdırılması dayanıb və icbari tibbi sığortanın tətbiqi bu sistemin bir hissəsidir. Bununla yana­şı, qabaqcıl tibbi texnologiyaların səhiyyə sisteminə gətirilməsi və tibbi xidmətlərə vətəndaşın əlçatanlığını, habelə bu sahə­də sosialyönümlüyünün təmin edilməsi önəmli məsələlərdir. Bu istiqamətlərdə ölkədə lazımi addımlar atılır.

Səmimi qarşılanmaya görə minnət­darlığını bildirən Litva Respublikasının Səhiyyə Nazirliyi yanında Dövlət Tibbi Sı­ğorta Fondunun Baş direktoru ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini vurğulayıb. Qintaras Kat­saviçus, həmçinin Litvanın sığorta siste­minin tətbiqi ilə bağlı əldə edilən təcrübəni Azərbaycanla bölüşməyə hazır olduqları­nı qeyd edib.

Görüşün sonunda tərəflər əməkdaşlı­ğı inkişaf etdirmək barədə razılığa gəlib­lər.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Son xəbərlər