AZƏRTAC şəhid jurnalistini yad etdi

post-img

AZƏRTAC-da 2021-ci il iyunun 4-də erməni işğalından azad edilmiş Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək şəhid olan cəbhə müxbiri Məhərrəm İbrahimovun anım mərasimi keçirilib. 

Əvvəlcə Məhərrəmin AZƏRTAC-dakı xatirə guşəsinin önünə gül dəstələri düzü­lüb, torpaqlarımızın azadlığı uğrunda qur­ban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Mərasimdə çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev 22 yaşından müxbirlik fəaliyyətinə başlayan şəhid-həmkarlarının keçdiyi həyat yolu, insani keyfiyyətləri haqqında danışıb. Qeyd edilib ki, 44 günlük Vətən mühari­bəsi dövründə AZƏRTAC-ın cəbhə bölgə­sinə ezam olunmuş əməkdaşları düşmən atəşi altında gecə-gündüz çəkilişlər apa­rıblar. Bu işdə Məhərrəm İbrahimovun xü­susilə böyük əməyi olub. Prezident İlham Əliyevin sərəncamı ilə şəhid jurna­list Məhərrəm İbrahimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edi­lib.

İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov çıxış edərək deyib ki, Məhərrəm Vətən müharibəsinin ilk günündən cəbhə­yanı bölgələrə ezam edilib və şəhid oldu­ğu günədək fəaliyyətini davam etdirib. 

Mərasimdə şəhid-jurnalistin həmkar­ları adından çıxış edən Elvin Mövsümov, Gözəl Ağayeva, Abdulla Suvar, Səxavət Quliyev və başqaları Məhərrəmlə bağlı xatirələrini bölüşüblər. 

“Xalq qəzeti”

Sosial həyat