Kəşfiyyat fəaliyyətinin qarşısı alınıb

post-img

İyunun 4-ü saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterin Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin üzərində kəşfiyyat xarakterli uçuş apardığı müşahidə edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalın­maz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuş həyata keçirməyə cəhd göstərən kvadrokopterin fəaliyyətinin qar­şısı alınıb.

Bundan başqa, saat 18:25 radələrin­də Ermənistan silahlı qüvvələrinin böl­mələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən ca­vab tədbirləri görülüb.

“Xalq qəzeti”

Son xəbərlər