Dünya Bankı Qrupunun Azərbaycan üzrə yeni sənədi hazırlanacaq

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Rolande Praysla görüşüb. İqtisadiyyat naziri xanım Praysı və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stolmeysteri yeni vəzifələrinə təyin olunmaları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Nazirlikdən bildirilib ki, iqtisadiyyat naziri Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyini, ölkəmizdə bankın göstərdiyi texniki yardım və ma­liyyə dəstəyi layihələrinin yüksək qiy­mətləndirildiyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, Dünya Bankı ilə əlaqələri­miz çoxşaxəlidir. Bankla özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı və digər sahələrdə əməkdaş­lıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir texnologi­ya və yeniliklərin ölkəmizə gətirilməsi baxımından xüsusi önəm kəsb edir.

Görüşdə Azərbaycan iqtisadiyya­tının prioritetləri, o cümlədən iqtisadi diversifikasiya, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biz­nes mühitinin davamlı olaraq yaxşılaş­dırılması istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə məlumat verilib.

Rolande Prays ölkəmizin strate­ji inkişaf məqsədlərinə nail olunma­sı istiqamətində bankın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcəyinə əminliyini bildirib, tərəf­daşlığın yeni istiqamətləri barədə fikir­lərini bölüşüb. Tərəflər, həmçinin Dün­ya Bankının Azərbaycanda gələcək fəaliyyətini və investisiya layihələrinin indikativ proqramını, eləcə də 2023-2028-ci illəri əhatə edən Dünya Bankı Qrupunun Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazır­lanması üzrə növbəti addımları müza­kirə ediblər.

 

“Xalq qəzeti”

Son xəbərlər