AŞPA-nın həmməruzəçiləri ilə görüş

post-img

İyunun 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən bildirilib ki, görüşdə tərəflər arasında Azərbaycanın və AŞ­PA-nın əməkdaşlıq gündəliyində duran məsələlər, gələcək perspektivlər, o cüm­lədən regionda mövcud cari vəziyyət və AŞPA Parlament Assambleyasının Azər­baycan-Ermənistan arasında normallaş­ma prosesinə mümkün töhfələri ətrafında müzakirə aparılıb.

Nazir Ceyhun Bayramov postmü­naqişə dövründə bölgədəki mövcud və­ziyyət, Azərbaycan tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq la­yihələrindən söz açaraq Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq bölgədə sülhün və sabitliyin təmini istiqamətində, o cümlə­dən sülh müqaviləsinin imzalanması, bü­tün kommunikasiyaların açılışı və digər məsələlərdə ölkəmiz tərəfindən atılan mühüm addımlardan bəhs edib.

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ölkəmizə səfər çərçivə­sində Ağdam rayonuna səfər etdiklərini və Azərbaycan tərəfindən aparılan ge­nişmiqyaslı yenidənqurma işləri ilə yaxın­dan tanış olduqlarını bildiriblər. Regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulanıb.

Son xəbərlər