Baş nazir Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 5-də Dünya Bankının nümayəndə heyəti ilə görüşüb. 

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildirilib ki, fəaliyyət müddəti cari ayda başa çatan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus həmin vəzifədə yeni fəaliyyətə başlayacaq Rolande Praysı və bankın Azərbaycan üzrə yeni ölkə meneceri Ste­fani Stolmeysteri Baş nazirə təqdim edib.

Görüşdə Azərbaycan ilə Dünya Ban­kı arasında uzunmüddətli səmərəli tərəf­daşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ötən müddət ərzində müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirildiyi bildirilib.

Eyni zamanda, bir çox istiqamətlər­də əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

“Xalq qəzeti”

Son xəbərlər