Heydər Əliyev - “Xalqın adamı”

post-img

İstanbulda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Xalqın adamı” adlı tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan Dərnəklər Federasiyası və İnsan Haqları, Təhsil, Mə­dəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə siyasi par­tiyaların, vətəndaş cəmiyyətinin nümayən­dələri və soydaşlarımız iştirak ediblər.

Komitə sədrinin birinci müavini Valeh Hacıyev çıxışında ölkəmizin və türk dünya­sının qüdrətli liderlərindən biri olan Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıb. Dahi şəxsiyyətin “bir millət, iki dövlət” adlan­dırdığı Türkiyə-Azərbaycan dostluğundan və qardaşlığından söz açıb. 

Tədbirdə çıxış edən İnsan Haqları, Təh­sil, Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Məhşəti Şərif, Vətən Partiyasının sədri Dr. Doğu Perinçek, Ədalət və İnkişaf Partiyasının üzvü Metin Külünk yeni dünya düzənində ölkələrimizin yerindən və rolun­dan danışıblar, Türkiyə Cümhuriyyətinin qu­rucusu Mustafa Kamal Atatürkün və Heydər Əliyevin mübarizə həyatının bənzərliyinə diqqəti cəlb ediblər.

Sosial həyat