YAP Gəncə Şəhər Təşkilatına yeni sədr seçilib

post-img

Dünən Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının yeni sədri Bayram Aslanov şəhər ictimaiyyətinə təqdim olunub. 

Bununla bağlı keçirilən toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin baş­çısı Niyazi Bayramov bildirib ki, ümum­milli lider Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi, xalqın daim dəstəklədiyi Yeni Azərbaycan Partiyası qüdrətli dövlət naminə üzərinə düşən missiyanı - “Biz birlikdə güclüyük!” ça­ğırışını şərəflə yerinə yetirir.

Yeni Azərbaycan Partiyası Mərkə­zi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev YAP Gəncə Təşkilatının sədri Bayram Aslanovu şəhər ictimaiyyətinə təqdim edib, onun fəaliyyəti haqqında ətraflı məlumat verib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov ona göstərilən böyük etimada görə Partiyanın sədri, cənab İlham Əliyevə, YAP sədrinin I müa­vini Mehriban xanım Əliyevaya, YAP Mərkəzi Aparatının rəhbərinə təşəkkü­rünü bildirib, çətin və məsuliyyətli və­zifəni şərəflə yerinə yetirəcəyinə söz verib.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin üzvü Müşfiq Cəfərov, AMEA Gəncə bölmə­sinin akademik katibi, akademik Fuad Əliyev, Gəncə Şəhər Ağsaqqallar Şu­rasının sədri Nurəddin Məmmədov bil­diriblər ki, 30 il ərzində zamanın sınaq­larından uğurla çıxan Yeni Azərbaycan Partiyası ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci siyasi qüv-vənin mövcud olmadığını fəaliyyəti ilə təsdiq edib. Natiqlər təşkilatın şəhər sədrinə məsuliyyətli və şərəfli işində uğurlar arzulayıblar.

H.QASIMOV, “Xalq qəzeti”



Son xəbərlər