Böyük Atatürkün istiqlal məşəli

post-img

“Naxçıvan” Universitetində 19 May Atatürkü anma, Gənclik və İdman Günü qeyd olunub.

Universiterin rektoru, dosent Anar Kazımov 19 may gününü böyük tarixi bayram adlandırıb, Atatürkün Türkiyə həyatında oynadığı roldan, əbədiyaşar ideyalarından bəhs edib. Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya isə bildirib ki, Mustafa Kamal Atatürkün 104 il öncə mayın 19-da Samsunda yandırdığı istiqlal məşəli böyük zəfərin və cümhuriyyətin elan edilməsinin yol­larını nurlandırıb.

AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Dövlət Universitetinin pro­rektoru Arzu Abdullayev dahi öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyev ideyalarının əhəmiyyətindən, xalqlarımızın mehriban qardaşlıq mü­nasibətlərindən danışıblar. 

Sonra iki qardaş xalqın dostluğuna həsr olunmuş bədii kompozisiya təqdim edilib. 

 

Səbuhi HƏSƏNOV 

“Xalq qəzeti”

Son xəbərlər