Culfa rayonunda müasir istirahət mərkəzi

post-img

Bugünlərdə Culfa rayonunun Ərəfsə kəndində “Aquamarine Fish House” ailəvi istirahət mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunda yerləşən yeni xidmət sahəsinin fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik edib, yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, Naxçıvan Muxtar Res­publikasında yeni müəssisələrin, o cümlədən, turizm-istirahət məkanları­nın açılışı, yeni obyektlərin təməlinin qoyulması diqqət mərkəzində saxlanı­lır. Bu məqsədlə 4 min kvadratmetr əra­zidə özünəməxsus üslubda inşa olunan istirahət mərkəzinin yaradılmasına 500 min manatdan çox vəsait sərf olunub. 2 min kvadratmetr sahədə tikinti işləri aparılıb, 100 min manat dəyərində yerli istehsal avadanlıqları ilə yanaşı, Tür­kiyə və İran mənşəli avadanlıqlar qu­raşdırılıb. Tikinti işlərinə 401 min manat vəsait sərf olunub.

Burada sahəsi 100 kvadratmetr olan kafe, 8 ədəd kabin, qonaqların is­tirahəti üçün 9 yerlik söhbətgah (beset­ka), uşaqlar üçün əyləncə sahəsi, mət­bəxt, iş otağı və digər köməkçi sahələr yaradılıb. Canlı musiqi, milli mətbəxti­mizin ləziz yeməklərinin təqdim edildiyi mərkəzdə eyni vaxtda 300 nəfərə yük­sək səviyyəli xidmət göstərmək müm­kündür.

Qeyd edilib ki, Mərkəzdə 21 nəfərlik personalın çalışması həm regionlarda yeni iş yerilərinin açılması, həm də bu­radakı əhalinin rifahının yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır. Mərkəzdə işıqlandırma sistemi, Wi-Fi, daxili rabitə və bir ədəd transformator quraşdırılıb, ərazi abadlaşdırılıb. Eyni zamanda, müəssisənin su ilə təmin olunması məqsədilə 400 metr uzunlu­ğunda su xətti çəkilib, suyun keyfiyyə­tinin yaxşılaşdırılması üçün filtr sistemi quraşdırılıb. Müəssisənin ərazisində sahəsi 870 kvadratmetr olan hovuza 1000 farel balığı buraxılıb.

Təmiz hava və füsunkar mənzərəyə malik “Aquamarine Fish House” ailəvi istirahət mərkəzi yerli və xarici turistlə­rin sevimli əyləncə və istirahət məka­nına çevriləcək. Bu obyektin istifadəyə verilməsi Naxçıvanın turizm potensialı­nı artırmaq və şəhərimizə gələn qonaq­ların istirahətini mənalı təşkil etmək və məşğulluqda turizm sektorunun payının artırılmasında mühüm əhəmiyyət daşı­yır.

 

Səbuhi HƏSƏNOV 

“Xalq qəzeti”

Siyasət