Gəncədə Türkiyə vətəndaşları səs verir

post-img

Gəncədə də prezident və parlament seçkiləri çərçivəsində Türkiyə vətəndaşları üçün səsvermə başlayıb.

Konsulluqdakı seçki məntəqələri səhər saat 08:00-dan açıq olub.

Xatırladaq ki, Gəncədə qardaş ölkə vətəndaşlarının prezident və parlament seçkilərində səs verməsi üçün 3 seçki məntəqəsi yaradılıb.

Qeyd edək ki, Türkiyədə keçirilən prezident seçkilərinin birinci turunda səslərin hesablanmasının nəticələrinə görə, Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, Kamal Kılıçdaroğlu 44,88 faiz, Sinan Oğan 5,17 faiz, Məhərrəm İncə 0,43 faiz səs toplayıb. Heç kəs 50 faizdən çox səs toplaya bilmədiyi üçün Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.

"Xalq qəzeti"

Son xəbərlər