Nikola Sarkozi həbsdə saxlanıldı

post-img

Parisin apellyasiya məhkəməsi korrupsiya və nüfuz alveri işi üzrə bir il həbs cəzasına məhkum olunan Fransanın sabiq prezidenti Nikola Sarkozi barədə hökmü qüvvədə saxlayıb. 

France-Presse agentliyi xəbər verir ki, apelyasiya məhkəməsi sabiq prezidenti seçkilərdə namizədliyini irəli sürmək hüququndan da məhrum edib.

Xatırladaq ki, bundan əv­vəl məhkəmə 2007-ci ildə Nikola Sarkozinin seçki kam­paniyasının Liviya tərəfindən maliyyələşməsi üzrə təhqiqat çərçivəsində ona bir il həbs və iki il şərti azadlıqdan məh­rumetmə cəzası vermişdi. Cinayət işi sabiq dövlət başçı­sının öz vəkili ilə telefon danı­şığının dinlənilməsi nəticəsin­də 2014-cü ildə açılmışdı.

Beləliklə, Nikola Sarkozi Fran­sanın real həbs cəzasına məhkum edilən ilk prezidenti olub.

Son xəbərlər