Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin nümayəndəsi ilə görüşüb

post-img

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov mayın 12-də Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşüb. 

Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, sülh sazişi üzrə danışıqlarda, eləcə də regionda cari vəziyyət müzakirə olu­nub. Ceyhun Bayramov müzakirələr zamanı sülh sazişi üzrə danışıqlarda ölkəmizin mövqeyi və prioritetlərini, eləcə də gələcək gözləntilərini diqqətə çatdırıb. O, eyni zamanda, Ermənista­nın sülh prosesinə və danışıqlara xələl gətirən təxribatçı addımları barədə qar­şı tərəfə məlumat verib. 

Rusiya Xarici İşlər Nazirliyinin nü­mayəndəsi regionda sülhün və sabitli­yin təmin edilməsinin vacibliyini və bu istiqamətdə Rusiya tərəfinin hər cür dəstəyə hazır olduğunu bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər