Göyçayda yubiley mərasimi

post-img

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar Göyçay Rayon Mərkəzi Xəstəxanasında maraqlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Yaşar Əhmədov açaraq Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyi­ni, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat örnəyi, kamillik və müdriklik məktəbi olduğunu vurğulayıb. 

Göyçay Rayon İcra Hakimiyyəti baş­çısının müavini Zivər Zeynalova çıxışın­da qeyd edib ki, Zərifə xanım Əliyeva in­tellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim olmaqla yanaşı, ulu öndərin ən yaxın silahdaşı, ölkə prezidenti İlham Əliyevi Azərbaycana bəxş edən anadır. Zərifə xanım Əliyevanın həyatı, elmi fəaliyyə­ti ilə yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə onun portreti canlanır.

Sonra Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, Göyçay Rayon Mərkəzi Xəstəxa­nasının psixoloqu Dilarə Bayramova, oftalmoloq Sevinc Abdullayeva Zərifə xanım Əliyevanın Azərbaycan oftalmo­logiyasını dünya təbabətinin yüksək elmi mühiti səviyyəsinə qaldırması, el­mi-pedaqoji fəaliyyəti, çoxşaxəli elmi-tə­dqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr ver­məsindən söz açıb, daim dərin ehtiramla anıldığını və xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər.

Sonda akademik Zərifə xanım Əliye­vanın şərəfli həyat yolundan, elmi nailiy­yətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətindən bəhs edən qısa videoçarx nümayiş olunub.

İ.MUSAOĞLU, “Xalq qəzeti”

Son xəbərlər