MSK Özbəkistanda keçiriləcək referendumu müşahidə edəcək

post-img

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi geniş nümayəndə heyəti Özbəkistan Respublikasına səfərə yola düşüb.

MSK Katibliyinin Media və kommu­nikasiya şöbəsindən bildiriblər ki, Öz­bəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvə­tinə əsasən gerçəkləşdirilən səfərin məqsədi “Özbəkistan Respublikasının Konstitusiyası haqqında” Konstitusi­ya Qanunu layihəsi üzrə aprelin 30-da keçiriləcək referendumu müşahidə et­məkdir.

Səfər çərçivəsində sədr Məzahir Pənahovun özbəkistanlı həmkarı ilə yanaşı, digər rəsmi şəxslər, habelə referendumun müşahidəsinə qatılan təşkilatlar və xarici ölkələrin ali seç­ki qurumlarının rəhbərləri ilə görüşlər keçirməsi, seçkilərlə əlaqədar müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf pers­pektivləri, əməkdaşlıq imkanları və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı müzakirələr aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının təmsilçiləri bey­nəlxalq müşahidəçi qismində Türk Döv­lətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin tərkibində də Özbəkistanda referendumun müşahidəsində iştirak edəcəklər.

“Xalq qəzeti”

Son xəbərlər