Baş Prokurorluqda Zərifə Əliyevanın 100 illiyi qeyd olundu

post-img

Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə aprelin 28-də Baş Prokurorluqda tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmə­tindən bildirilib ki, tədbirdən əvvəl qu­rumun rəhbərliyi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Açılış nitqi ilə çıxış edən Baş pro­kuror Kamran Əliyev əhatəli elmi fəa­liyyəti ilə ölkəmizdə tibb sahəsinin in­kişafına əhəmiyyətli töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın gələ­cək nəsillərə nümunə olacaq elmi fəa­liyyəti və mənalı həyat yolundan bəhs edib, insanlara nur və həyat bəxş edən görkəmli alimin zəngin irsinin yeni elmi zirvələri inamla fəth edəcəyini vurğula­yıb.

Tədbirdə çıxış edən Baş Prokuror­luğun idarə rəisi Aynur Osmanova Zərifə xanım Əliyevanın peşəkar of­talmoloq-həkim kimi fədakarlığından, tədqiqatları ilə tibb elminin inkişafına mühüm töhfələrindən və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında əvəz­siz rolundan danışıb.

Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolun­dan bəhs edən “Elegiya” adlı sənədli filmə baxılıb.

Son xəbərlər