Azərbaycan və Türkiyə parlament sədrləri əməkdaşlıq sazişi imzalayıblar

post-img

Türk Dövlətləri Parlament Assambleyasının XII plenar iclasında iştirak etmək üçün Ankara şəhərində işgüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiy­yətlə əlaqələr şöbəsindən redaksiyamı­za verilən məlumata görə, TBMM Sədri qardaş ölkələr arasında münasibətlərin ən yüksək dövrünü yaşadığını diqqətə çatdıraraq, xalqlarımızın həm çətin, həm də xoş günlərdə birlikdə olduğunu söyləyib. O, bu ilin fevral ayında baş vermiş zəlzələ zamanı da Azərbaycan dövlətinin və xalqının Türkiyənin yanın­da olduğunu xatırladıb. 

Mustafa Şentop, istər 44 günlük Vətən müharibəsində, istərsə də mü­haribədən sonra Azərbaycanın işğal­dan azad olunmuş ərazilərində həyata keçirilən quruculuq və bərpa işlərində Türkiyənin qardaş ölkə olaraq Azərbay­canın yanında olduğunu qeyd edib. O, bir neçə gün əvvəl Ermənistanda keçi­rilən Ağır Atletika üzrə Avropa Çempio­natının açılış mərasimində Azərbaycan Bayrağının yandırılmasını kəskin pis­ləyərək, bunu vandallıq adlandırıb.

Mustafa Şentop, həmçinin Azərbay­can vətəndaş cəmiyyəti nümayəndələri­nin Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiyaya dəstəyindən söhbət aça­raq, deyib ki, Ermənistanın Laçın yolun­dan minaların, hərbi texnikanın və silah­ların, habelə qanunsuz istismar edilmiş faydalı qazıntıların daşınması üçün istifadə etməsi qətiyyən yolverilməzdir. Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır.

Milli Məclisin Sədri dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin bütün beynəlxalq platformalarda uğur­lu əməkdaşlığından danışıb. O, dövlət başçılarımızın şəxsi dostluq münasibət­lərinin Azərbaycan və Türkiyə qardaşlı­ğının, birliyinin və strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynadığını diqqətə çatdırıb. 

S.Qafarova Vətən müharibəsin­dən sonra dost və qardaş ölkələrimizin dövlət başçıları tərəfindən Şuşa Bə­yannaməsinin imzalandığını xatırlada­raq, bu sənədin imzalanması ilə bütün dünya bir daha Azərbaycan–Türkiyə qardaşlığının şahidi olduğunu xatırla­dıb. Şuşa Bəyannaməsi Türkiyə–Azər­baycan əlaqələrini yeni və daha yüksək zirvəyə qaldırdı.

Parlamentin rəhbəri Vətən müha­ribəsi dövründə TBMM Sədrinin Azər­baycana səfər etdiyini, həmin vaxt Gəncə şəhərinə gedərək, Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətləri öz gözləri ilə gördüyünü xatırladıb. Sa­hibə xanım, həmçinin bu il Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının qardaş Türkiyənin yanında olduğunu qardaş dəstəyi kimi qiymətləndirib. Bununla yanaşı, işğal­dan azad olunmuş ərazilərimizdə hə­yata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib.

S.Qafarova parlamentlərimiz ara­sında da uğurlu və geniş əlaqələr qu­rulduğunu deyib və qanunverici orqan­larımızın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini diqqətə çat­dırıb. 

Görüşün sonunda Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. 

TÜRKPA səmərəli dialoq və əməkdaşlıq platformasına çevrilib

Aprelin 28-də Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Par­lament Assambleyası (TÜRKPA) Şura­sının 12-ci iclası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova iclasda çıxış edib. O deyib ki, TÜRKPA parlamentlə­rimizin səmərəli dialoq və əməkdaşlıq platformasına çevrilib və birgə səyləri­mizlə beynəlxalq aləmdə tanınan mü­hüm təşkilat kimi formalaşıb.

Qeyd edilib ki, Azərbaycan Res­publikasının Milli Məclisi TÜRKPA çərçivəsində fəaliyyətinə böyük əhə­miyyət verir və bu istiqamətdə bütün lazımi tədbirləri həyata keçirir. Azər­baycan parlament nümayəndə heyəti TÜRKPA-nın ayrı-ayrı komissiyalarının iclaslarında, müxtəlif mövzulara həsr edilmiş tədbirlərində, model qanunla­rın hazırlanmasında, seçki müşahidə missiyalarının işində fəal iştirak edib. Eyni zamanda, Milli Məclis martın əv­vəllərində TÜRKPA-nın Ətraf mühit, tə­bii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclasına da evsahibliyi edib.

İclasda bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər