Fransa səfiri Azərbaycanda minaların təmizlənməsini müzakirə edib

post-img

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin sədri Vüqar Süleymanov ilə görüşüb. Bu barədə səfir öz Twitter səhifəsində məlumat yayıb.

“Fransa xarici işlər naziri Ketrin Kolonna Bakıya səfəri zamanı Fransanın Azərbaycanda humanitar minalardan təmizləməyə yeni dəstəyini açıqladı. Mən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin sədri Vüqar Süleymanova və onun komandasına əməkdaşlığımızın növbəti addımları ilə bağlı bu gün apardığımız konstruktiv müzakirəyə görə təşəkkür etmək istərdim”, - məlumatda deyilir.

Xatırladaq ki, aprelin 26-27-də Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanda rəsmi səfərdə olub. Xarici işlər naziri Ceyhun Bayramov Ketrin Kolonna ilə birgə mətbuat konfransında bildirib ki, üçtərəfli bəyanat imzalanandan indiyədək 294 Azərbaycan vətəndaşı Ermənistan tərəfindən döşənmiş minaların qurbanı olub.

Son xəbərlər