Fransa Ermənistandakı səfirliyində hərbi missiya yaradır

post-img

"Fransanın Ermənistandakı səfirliyində hərbi missiyanın yaradılması bu əsas sahədə ikitərəfli əməkdaşlığımızı dərinləşdirməyə imkan verməlidir". Bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna “Armenpress”ə eksklüziv müsahibəsində bildirib.

Onun sözlərinə görə, Fransa Nikol Paşinyan hökumətinin Ermənistanda demokratiya və qanunun aliliyini gücləndirmək və ölkə iqtisadiyyatını inkişaf etdirmək səylərini qətiyyətlə dəstəkləyir. “Ermənistanın cəsarətli demokratik model seçimi dəstəklənməlidir, biz beynəlxalq ictimaiyyətin digər üzvləri və Avropa İttifaqı ilə birlikdə buna sadiqik.

2021-ci ilin dekabrında biz həm də iqtisadi əməkdaşlıq üçün iddialı yol xəritəsi imzaladıq və bu yaxınlarda Parisdə "Arzular: Fransa-Ermənistan" forumunu təşkil etdik və İrəvanda Fransa İnkişaf Agentliyinin ofisini açdıq. FAR yeni layihələrin, xüsusən də su ehtiyatları və dayanıqlı enerji sahəsində həyata keçirilməsi üçün Ermənistan hakimiyyəti ilə səmərəli dialoq aparır. Ötən il ikitərəfli ticarət əhəmiyyətli dərəcədə artıb.

Keçən il ikitərəfli ticarətimiz əhəmiyyətli dərəcədə artıb və biz bu tendensiyanın davam etməsini təmin etmək üçün çalışırıq, o cümlədən Ermənistana sərmayə qoymaq istəyən Fransa şirkətlərinə, məsələn Veolia, Pernod Ricard, Carrefour və Amundi-Acbaya dəstək verərək.

Müdafiəyə gəlincə, Fransanın Ermənistandakı səfirliyində hərbi missiyanın yaradılması bu əsas sahədə ikitərəfli əməkdaşlığımızı dərinləşdirməyə imkan verməlidir”, - deyə Kolonna bildirib.

S.ELAY,

"Xalq qəzeti"

Son xəbərlər