Ketrin Kolonna: Fransa və Aİ-nin yeganə məqsədi Ermənistan və Azərbaycan arasında sülhü bərpa etməkdir

post-img

Fransanın xarici işlər naziri Ketrin Kolonna Cermukda (Istisu) Ermənistan jurnalistlərinə müsahibəsində bildirib ki, Fransa və Avropa İttifaqının regionda yeganə məqsədi sülh və etimad mühitini bərpa etməkdir.

“Yalnız sülh sazişi bu vəziyyətdən irəli gələn bütün digər məsələləri həll edəcək. Məhz buna görə də Aİ silahlı missiya deyil, mülki xarakter daşıyan monitorinq missiyası göndərdi və məqsədi yerdəki vəziyyəti qeydə almaqdır ki, bu da Aİ ölkələrinə vəziyyətin birbaşa sübutunu əldə etmək imkanı verir",-K.Kollona deyib.

Fransa xarici işlər nazirinin sözlərinə görə, missiya çox faydalıdır və bu missiyanın işi sayəsində onlar sülh yolu ilə irəliləyə biləcəklər.

“Təbii ki, biz sənədlər əsasında vəziyyəti öyrənirik, lakin hər şeyi yerindəcə öz gözümüzlə görmək də çox vacibdir. Bu səfərlə biz erməni xalqına yardım və dəstəyimizi bir daha təsdiqləyirik”, - deyə Fransa XİN rəhbəri bildirib.

S.ELAY,

"Xalq qəzeti"

Son xəbərlər