277 mindən çox türk xaricdə səs verəcək

post-img

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları artıq ölkədə mayın 14-də keçiriləcək prezident və parlament seçkisində səsvermə prosesinə start veriblər. Səsvermə artıq sərhəd məntəqələrində də başlayıb. Məlumatı TRT verib. 

Məlumata görə, dünyanın 75 ölkə­sində 156 seçki məntəqəsi açılıb. Məntəqələr Türkiyənin həmin ölkələr­dəki diplomatik nümayəndəliklərində yerləşir. 

“Ölkənin sərhəd-keçid məntəqələ­rində, quru keçid məntəqələrində, hava limanlarında və dəniz limanların­da xaricə gedənlərin iradəsini ifadə et­məsi üçün 4,6 min məntəqə yaradılıb. Ümumilikdə, Türkiyədən kənarda 3,6 milyondan çox vətəndaş səs verə bilər. Xaricdə və sərhəd-keçid məntəqələrin­də səsvermə proseduru mayın 9-dək davam edəcək, bundan sonra bütün bülletenlər hesablanaraq MSK-ya göndəriləcək. Seçki məntəqələri 24 saat açıq olacaq. Hazırkı seçkidə ilk dəfə olaraq 277 mindən çox türk xari­ci ölkələrdə səs verə biləcək”, – deyə məlumatda qeyd edilir.

“Xalq qəzeti”

Son xəbərlər