İqtisadi Şuranın növbəti iclası

post-img

Aprelin 20-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib

Nazirlər Kabinetinin mətbuat xid­mətindən bildiriblər ki, iclasın gündə­liyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli iqtisa­diyyatımızın mövcud müsbət nəticələ­rini, makroiqtisadi vəziyyəti, cari ilin birinci rübü üzrə dövlət büdcəsi gəlir­lərinin proqnozdan artıq icra göstə­ricilərini nəzərə alaraq 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) ilə bağlı Hökumətə ver­diyi tapşırıqlar, o cümlədən, Ortamüd­dətli Xərclər Çərçivəsi və 2024-cü il və növbəti üç il üçün icmal və dövlət büdcələrinin proqnozları, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Döv­lət Proqramının icrası” üçün maliyyə təminatı və digər məsələlər geniş mü­zakirə olunub. 

İclasda maliyyə naziri Samir Şərifo­vun məruzəsi və Şura üzvlərinin rəy və təklifləri dinlənilib. 

İclasın yekununda 2023-cü ilin döv­lət büdcəsinə əlavə düzəlişlər hazır­lanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. 

“Xalq qəzeti”

Son xəbərlər