AAAF idmançılarımıza tam həmrəylik və dəstək ifadə edib

post-img

Avropa Ağır Atletika Federasiyası ötən gün Ermənistanın paytaxtı İrəvanda atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan Bayrağının yandırılmasını qəti şəkildə pisləyib. Bu barədə federasiya bəyanat yayıb.

Bəyanatda bildirilib: “Avropa Ağır Atletika Federasiyası son dərəcə cid­di və təəssüf doğuran bu jesti idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə dair hü­cum kimi nəzərdən keçirir.

Avropa Ağır Atletika Federasiya­sı bu hadisəyə dərhal reaksiya verib, təşkilat komitəsinə mövqeyini bildirib. Federasiya daim Azərbaycan Respub­likasından olan nümayəndə heyətinə, idmançılara, məşqçilərə və vəzifəli şəxslərə tam həmrəylik və dəstək ifadə edir".

Federasiya Təşkilat Komitəsindən təcili tələb olunan əlavə tədbirlərin hə­yata keçirilməsini izləyəcək.

Avropa Ağır Atletika Federasiyası baş verənlərə təəssüf edib. Qeyd edi­lib ki, federasiya üzvləri Azərbaycan idmançıları Ermənistanı tərk edənə qədər heyət üçün bütün təhlükəsizlik şəraitinin təmin olunmasında birbaşa iştirak edib.

“Xalq qəzeti”

Son xəbərlər