Əslində, beynəlxalq tədbirdə bayrağımızı yandırmaqla ermənilərin cılız xislətini nümayiş etdirən dizayner-dığanın bu hərəkətini kütlənin “qəhrəmanlıq” kimi qələmə verməsi, bu davranışı alqışlaması hayların sivil millət olmadığını bir daha dünyaya göstərmiş oldu.
11 aprel təxribatının ardınca haylar Azərbaycana qarşı daha bir vandallıq aktı törədiblər. İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın Bayrağı yandırılıb. İdman-konsert kompleksində təşkil olunan təntənəli açılış mərasiminin gedişində tədbirin dizayneri Aram Nikolyan Azərbaycan Bayrağını idmançımızın əlindən qaparaq ona od vurub və qaçaraq zaldan çıxarıb. Oxşar təxribat zala qardaş Türkiyənin bayrağı gətirilən zaman da baş verib. Bu dəfə erməni azarkeşlər zalda fit çalıblar. Təkilatçılığına və təhlükəsizliyinə görə rəsmi İrəvanın birbaşa məsuliyyət daşıdığı beynəlxalq idman tədbirində törədilən bu vandallıq aksiyasını dünyanın 40 ölkəsindən 389 idmançı canlı, milyonlarla tamaşaçı vizual izləyib.
Vətənsizlərdə bayraq duyğusu olmur
Nə fərd, nə də dövlət səviyyəsində torpaq və bayraq hissi olmayanın “milləti millət edən” bu atributlara barbar münasibətinə də məhz bu konteksdən yanaşmaq lazımdır. Bu həqiqəti hayların son iki yüz il ərzində “miatsum” fəaliyyəti dəfələrlə ortaya çıxarıb. Köçürüldükləri ərazilərdə erməni xaçlı daş parçası basdıran, üstündən əlli, yüz il keçəndən sonra o daşı çıxarıb özlərinə yalançı tarix uyduran, ardınca həmin əraziyə iddia edən bir qövmdə yurd, vətən duyğusu, bayraq hissi necə formalaşa bilər? Dialektikanın qanunları kimi, tarixi reallıq da bunun mümkünsüz olduğunu təsdiqləyir. Azərbaycan XİN Ermənistanda Ağır Atletika üzrə Avropa çempionatının açılışı zamanı bayrağımızın yandırılması ilə bağlı açıqlama yayıb. Məlumatda deyilir: “Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu aktı qətiyyətlə pisləyirik. Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, onun sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur. Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir”. Ermənistan elektron mediasının yazdığına görə, 2013-cü ildən İctimai televiziyanın əməkdaşı olan Nikoyan yarışın açılış mərasiminə “mütəxəssis qismində” dəvət olunub və əvvəlcədən hazırlaşdığı hərəkətində “cinayət tərkibi olmadığından” istintaq təcridxanasından sərbəst buraxıldıqdan sonra canlı efirə çıxaraq bunları deyib: “Mən İrəvanda Azərbaycan Bayrağının dalğalanmasını istəmirdim. Və heç kim fikirləşməməlidir ki, ermənilərə hansısa şəraitə uyğunlaşmağı öyrədə bilər”. Bəli, hayları düşdükləri şəraitə uyğunlaşdırmağa ehtiyac yoxdur, çünki onlar yeni məkana və coğrafiyaya o qədər çevik adaptasiya olurlar ki, az sonra özlərini “evsahibi” kimi aparmağa başlayırlar. Eynən Qarabağda olduğu kimi.
Erməni nazir müavininin qırmızı yalanı
Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması ilə bağlı ölkəmizin Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar. Sənəddə bildirilib ki, “Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə, “Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür”. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının Vətənə qayıtması barədə qərar qəbul edildiyi” göstərilir.
“Сaliber.Az” saytının əldə etdiyi məlumata görə, Azərbaycan yığması üçün gecə saat 2.55-də İrəvan–Antalya aviareysinə əvvəlcədən biletlər sifariş verilsə də, haylar “təhlükəsizlik” bəhanəsilə idmançılarımızı qaldıqları oteldən buraxmayıblar. Yəni, yarışda iştirakdan imtinaya görə yığmamızın üzvlərini faktiki olaraq girov saxlayıblar. Axı, beynəlxalq miqyaslı tədbirin yarıtmaz təşkilatçılığı bir yana, üstəlik, yarışın proqramının və reqlamentinin pozulmasına görə Ağır Atletika üzrə Ümumdünya və Avropa federasiyalarının prezidentləri Muhammed Calud və Antonio Konflittinin hüzurunda da biabır olublar.
Bəs, görəsən, bu mötəbər qonaqlar açılışında şəxsən iştirak və çıxış etdikləri yarışda törədilən siyasi təxribatı, biabırçılığı baş nazir Nikol Paşinyanın nəzərinə çatdırıblarmı? Bayrağımızı yandıran Aram Nikolyan polis bölməsinə aparılsa da, az sonra sərbəst buraxılıb. Təxribatçının vəkilinin ilkin ehtimalına görə, ona qarşı cinayət işi qaldırılmayacaq.
Nümunəyə baxıb ibrət götürün! Hayastan mediasının yaydığı son məlumatlara görə, ölkənin elm-təhsil, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan “Azərbaycan idmançılarının artıq Ermənistan sərhədini keçdiklərini” bildirib. Azərbaycan tərəfinin bu qərarının “idman etikası nöqteyi-nəzərindən anlaşılmazlığa səbəb olduğunu” deyən nazir müavini, bu həyasızlığı azmış kimi, utanmazcasına İrəvanın yarışda təhlükəsizliyin bütün standartlarına riayət etdiyini diqqətə çatdırır: “İrəvana gələn idmançıların heç bir problemi yaranmayıb və yarana da bilməzdi”. Əgər Hayastanın nazir müavini kameranın gözünə baxa-baxa qıpqırmızı yalan danışırsa, deməli, onun təmsil etdiyi kabinetin başında duran da eyni düşüncənin sahibidir. Hesab edək ki, baş nazirləri siyasətdə piyada olduğu kimi, etika və mədəniyyət sarıdan da kasaddır. Bəs nümunədən görüb-götürməyə nə deyəsən? 2015-ci ildə Bakıda təşkil olunmuş Birinci Avropa Oyunlarında boks yarışında ikinci pilləyə qalxmış Ukrayna yığmasının erməni əsilli idmançısına gümüş medalı Prezident İlham Əliyev şəxsən təqdim etdi və qalibin əlini sıxdı. İdmandan siyasi məqsədlər üçün istifadənin nə vaxtsa kiməsə dividend gətirdiyini görən olmayıb. Erməni dığası bayrağımızı yandırmaqla, daşnak tör-töküntüləri onu alqışlamaqla nəyə nail olacaqlar? Bəlkə sualı: Bu, nəyin göstəricisidir? – şəklində qoyaq? Əlbəttə ki, bu, etnik nifrətin, erməni rasizminin, Azərbaycanofobiyanın aşkar nümunəsidir. Ölkələr, xalqlar arasında sülhə, xoşməramlı anlaşmaya xidmət edən idmanın nəcib missiyasını, təməl prinsiplərini miskin hay xisləti ilə bulaşdıra bilməzsiniz. Qapalı idman zalında alovlanan o bayraq indi Ermənistanla sərhədimizdəki bütün yüksəkliklərdə, həm də uzaqdan udquna-udquna baxdığınız Şuşa qalamızın zirvəsində dalğalanır. Üçrəngli, ulduzlu-ayparalı, dövlətimizin və qürurumuzun rəmzi olan bayrağımızın altından sual işarəsinə dönüb, boynunuzu əyərək keçəcəyiniz günlər uzaqda deyil. Heç uzaqda deyil.
Rasim MUSABƏYOV,
politoloq:
– İstənilən ölkədə hansısa işi görməyə həmişə hazır olan insanlar var. Amma burada ən vacib məqam ondan ibarətdir ki, Ermənistan bu yarışla bağlı öz üzərinə müəyyən məsuliyyət götürüb. Belə xoşagəlməz hadisələrin, təxribatların baş verməməsi üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməsi də İrəvanın borcu idi. Onlar buna ciddi yanaşmayıblar. Yarışın açılış mərasimində hansısa yaramaz bayrağımızı götürüb yandırması ilə Azərbaycana nə edə bildi? Heç nə! Əgər nəsə edibsə, o da ermənilərin özlərinə qarşı yönəlib. Yənu bununla o, beynəlxalq tədbirin təşkilatçılarının məsuliyyətsizliyini, bacarıqsızlığını nümayiş etdirmiş oldu. Küçədə, polis idarəsinin qarşısına toplaşan ermənilərin bu hərəkətə reaksiyası həm də onu göstərdi ki, haylar, özlərini təqdim etməyə çalışdıqları kimi, heç də sivil millət deyillər. Onların əksəriyyəti həmin yaramazın tayıdır.
Bütün hallarda bu hadisə onu göstərir ki, Ermənistan nə bir dövlət, nə də ki, cəmiyyət kimi sağlam deyil, xəstədir. Özlərini mədəni, kübar kimi qələmə verməyə çalışmaları isə, sadəcə, imitasiyadır. İndi hansısa yaramaz o hərəkətilə Azərbaycana heç nə etməyib. Nə edibsə, özlərinə edib.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”


