Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ədliyyə naziri Fərid Əhmədov iyunun 5-də Zəngilan rayonunun Ağalı kəndində Zəngilan, Cəbrayıl və Qubadlı rayon sakinlərini qəbul edəcək.
Bu barədə XQ-yə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı iyunun 4-dək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin (+994 12) 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə müraciət edərək qəbula yazıla bilərlər.
Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və vaxt barədə əvvəlcədən məlumat veriləcək.

