Bayrağımızın yandırılması ilə bağlı cinayət işi başlanıb

post-img

Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkaranə hərəkətlərlə Azərbaycan Bayrağı yandırılıb. 

Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Ci­nayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmən­çiliyin salınması), 12.2, 283.2.2 (qul­luq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublika­sının Dövlət Bayrağı barədə təhqiredi­ci hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əmə­lini törədən Aram Nikolyan və digərləri­nin milli və beynəlxalq məhkəmə mə­suliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq.

İstintaqın gedişatı və nəticəsi barə­də ictimaiyyətə ətraflı məlumatın veril­məsi təmin ediləcək.

“Azərbaycan Respublikası “İrqi ay­rı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərə­findən qəbul olunmuş Beynəlxalq kon­vensiyaya və bu qəbildən olan bütün əməllərin cəzalandırılmalı olması ilə bağlı prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir, eləcə də beynəlxalq ictimaiyyəti Ermənistanı kəskin qına­mağa, o cümlədən Ermənistan tərəfin­dən beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl olunmasını təmin etməyə çağırır”, – məlumatda qeyd edilib.

Son xəbərlər