XİN: Bayrağımızın yandırılması ölkəmizə nifrətdən qaynaqlanır

post-img

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Bayrağının Ermənistanda ağırlıqqaldırma üzrə Avropa çempionatı zamanı yandırılması ilə bağlı məsələyə münasibət bildirib. 

BU barədə XİN-in Mətbuat Xidməti İdarəsindən məlumat verilib. 

Məlumatda deyilir: “Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçi­rilən ağırlıqqaldırma üzrə Avropa çem­pionatının açılış mərasimində Azər­baycan Bayrağı yandırılıb. 

Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin tə­cəssümü olan bu aktı qətiyyətlə pislə­yirik. 

Ermənistan hökuməti tədbiri təş­kil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanıl­sa da, sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur. Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliy­yətə cəlb etməlidir.

Beynəlxalq Ağırlıqqaldırma Fede­rasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkil­də pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza təd­birlərinin görülməsinə çağırırıq”.

Siyasət