Azərbaycanın idman QHT-lərinin beynəlxalq ictimaiyyətə müraciəti

post-img

İdman sahəsində fəaliyyət göstərən Azərbaycan QHT-ləri Ermənistanda Dövlət Bayrağımızın yandırılması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. 

Müraciətdə deyilir:

“Biz – idman sahəsində fəaliyyət göstərən Azərbaycan qeyri-hökumət təşkilatları olaraq Ermənistanın pay­taxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mə­rasimi zamanı baş vermiş xoşagəlməz hadisəyə beynəlxalq idman ictimaiyyə­tinin diqqətini cəlb etmək məcburiyyə­tindəyik. Tədbirin təşkilatçılarından biri Azərbaycan bayrağını yandırıb.

Biz həyatımızı bərabərlik, inklüzivlik və qarşılıqlı hörmətə xüsusi diqqət ye­tirməklə idmanın ümumbəşəri dəyərlə­rinin təşviq olunmasına həsr etmişik. İstənilən idman yarışında qalib gəlmək mühüm məsələdir, lakin vacib olan tək­cə bu deyil.

Biz narahatlığımızı və qəzəbimi­zi ifadə etmək üçün söz tapa bilmirik. Burada söhbət təkcə hər bir xalq üçün ən müqəddəs olan Dövlət Bayrağından deyil, bütövlükdə idmanın fundamental dəyərlərinə hörmətsizlikdən gedir.

Bu həftə İrəvana səfər edən id­mançılarımız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 il ərzində işğal altında saxlayan ölkənin paytaxtına getdiklərini yaxşı bilirdilər. Buna baxmayaraq, Azərbaycan Er­mənistanda keçiriləcək çempionatda iştirak etmək qərarına gəldi, çünki biz inanırdıq ki, idmanın əsl ruhu ölkələri­miz arasında gərgin münasibətlərin gi­rovuna çevrilməməlidir. Yarış iştirakçı­larının təhlükəsizliyinə zəmanət verən təşkilatçıların çoxsaylı bəyanatları da bizi ruhlandırmışdı.

Turnirdə normal şəraitin təmin edilməsinə məsul olan şəxsin bayrağı təhqir edən barbar hərəkəti iyrənclik­dən başqa bir şey deyil. Azərbaycanın sülhü bərqərar etməyə çalışdığı bir vaxtda Ermənistanda müəyyən da­irələr sülh üçün şans verməməkdə qə­rarlıdırlar.

Sizi idmanı öz nifrət mesajlarını çat­dırmaq üçün alətə çevirmək istəyən­lərə qarşı bizimlə həmrəy olmağa ça­ğırırıq”.

“Xalq qəzeti”

Son xəbərlər