Azərbaycan və Malayziyanın XİN başçıları arasında telefon danışığı baş tutub

post-img

Aprelin 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Malayziyanın xarici işlər naziri Zambri Abdul Kadir arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Azərbay­canla Malayziya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində du­ran məsələlər, o cümlədən regionda və dünyada mövcud vəziyyət ətrafında fi­kir mübadiləsi aparılıb.

Tərəflər müqəddəs Ramazan ayı, eləcə də bu ilin aprel ayında qeyd olu­nan Azərbaycanla Malayziya arasında diplomatik münasibətlərin 30 illiyi mü­nasibətilə qarşılıqlı təbriklərini çatdırıb, dost və qardaş ölkələrimiz və xalqla­rımız arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə edilib.

Nazir Ceyhun Bayramov Azərbay­canla Malayziya arasında müxtəlif, o cümlədən iqtisadi, energetika, huma­nitar, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq gündəliyindən məmnunluq­la bəhs edərək, münasibətlərin inkişa­fında qarşılıqlı təmasların əhəmiyyətli olduğunu bildirib. Bu xüsusda, ötən ilin iyulunda Xarici İşlər nazirlikləri arasın­da Kuala Lumpurda keçirilmiş siyasi məsləhətləşmələrin əhəmiyyəti diqqətə çatdırılıb. İki ölkə arasında müxtəlif regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İs­lam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivə­sində həyata keçirilən uğurlu əməkdaş­lıq təcrübəsi qeyd edilib.

Öz növbəsində nazir Zambri Abdul Kadir Azərbaycanla Malayziya arasın­da dostluq, dini bağlılıq, həmrəylik və qarşılıqlı dəstəyə əsaslanan siyasi dia­loqun səviyyəsindən məmnunluqla bəhs edərək, münasibətlərin daha da inkişafı üçün mövcud potensialdan səmərəli isti­fadə olunmasının vacibliyini vurğulayıb. İş adamları və əhali arasında təmasların artırılmasının əhəmiyyəti, əməkdaşlıq və təhsil əməkdaşlıq proqramları çərçi­vəsində mübadilələrin həyata keçirilmə­sinə hazırlıq ifadə olunub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər