“James Webb” kosmik teleskopu Uran planetinin bütün təfərrüatları ilə və hər zamankindən daha aydın görməyə imkan verir.
Günəşdən yeddinci sırada yerləşən Uran bu günə qədər yalnız “Voyager 2” kosmik gəmisi və “Keck” ilə müşahidə edilib. Donmuş mantiya, hidrogen və helium qazlarından ibarət olan planeti “James Webb” tərəfindən indi daha aydın fotosu çəkilib. Üstəlik, aparat daha əvvəl gördüyümüz şəkillərdə planetin gözə dəyməyən zəif halqalarını da açıq şəkildə ortaya çıxarıb. Planetdəki buludlar və ən parlaq peyklər də teleskopun obyektivinə tuş gəlib.
“James Webb” planetdə atmosferdəki buludlardan yaranan parlaq ləkələri də qeydə alıb. Ancaq bu təsvirin ən maraqlı hissəsi deyil, daha böyük şəkildə görünə bilən ağ sahəsidir. Bu sahə planetin tamamilə buzla örtülmüş hissəsidir. Teleskop sayəsində biz bu ərazini ilk dəfə bu qədər aydın görə bilirik. Maraqlıdır ki, bu ərazi birbaşa Günəş işığında görünsə də, planetin payız mövsümündə yox olur.
Uranın 13 halqasından biz yalnız 11-ni görə bilirik. Bunun səbəbi, digər iki halqanın güclü işıq əks etdirməsi nəticəsində bir-birinə qarışmış görünməsidir.
Bu fotoda Uranın 27 peykinin hamısı görünmür. Çünki bu peyklərin çoxu o qədər kiçikdir və işığı o qədər az əks etdirir ki, onları müşahidə etmək çətindir. Yuxarıda gördüyümüz 6 peyk Titania, Oberon, Miranda, Pak, Ariel və Ubrieldir.
NASA-nın açıqlamasına görə, bu foto cəmi 12 dəqiqəlik fokuslanmanın məhsuludur. Ümid edək ki, tezliklə Uran haqqında daha ətraflı təsvirlər və məlumatlar əldə etmək mümkün olacaq.
Aytən NƏCƏFOVA, “Xalq qəzeti”