“TikTok” 12,7 milyon funt sterlinq cərimələndi

post-img

Dünyada milyonlarla istifadəçisi olan “TikTok” qadağalar və cərimə xəbərləri ilə gündəmdən düşmür. Bir müddət əvvəl Avstraliya hökuməti tərəfindən qadağan edilən platforma indi Böyük Britaniyada rekord məbləğdə cərimələnib. Belə ki, məlumatların qorunması qanununu pozduğuna görə platforma 12,7 milyon funt sterlinq ödəməli olacaq. Xəbəri “cnn.com” saytı verib.

Böyük Britaniya İnformasiya Ko­missarlığı Ofisi (ICO) tərəfindən aparı­lan araşdırmada “TikTok” 13 yaşından kiçik uşaqların şəxsi məlumatlarından valideyn icazəsi olmadan istifadə et­məkdə və bu yaş qrupunun proqram­dan istifadə edə bilməməsi üçün lazımi tədbir görməməkdə ittiham olunur. Bu­nunla yanaşı, komissarlıq “TikTok”un 2018-ci ilin may və 2020-ci ilin iyul aylarını əhatə edən dövr ərzində brita­niyalı istifadəçilərə məxsus şəxsi mə­lumatlardan hüquqi, ədalətli və şəffaf şəkildə istifadə edilməməsi səbəbi ilə də qanunları pozduğunu irəli sürüb. 

“TikTok” komissiyanın qərarı ilə ra­zılaşmır. Şirkət platformanın 13 yaşdan kiçiklərə sayta girişi dayandırmaq üçün böyük sərmayə qoyduğunu bildirib. “TikTok”a şikayət etmək üçün 28 gün vaxt verilib. Qeyd edək ki, 12,7 milyon funt sterlinq cərimə ICO-nun tətbiq et­diyi ən böyük cərimələrdən biridir.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Son xəbərlər