Türk dünyasını birləşdirən mədəniyyət körpüsü

post-img

Ulu öndər Heydər Əliyev Azərbaycanın Prezidenti olduğu dövrlərdə Türkiyə ilə qardaşlıq bağlarını möhkəmləndirmiş, Mərkəzi Asiyadakı türk respublikaları ilə sıx əməkdaşlıq etmişdir. 

“Heydər Əliyev İli” ilə əlaqədar Bey­nəlxalq Muğam Mərkəzində Milli Məcli­sin Mədəniyyət komitəsinin təşkilatçılı­ğı ilə Türkiyə və Mərkəzi Asiyanın türk ölkələrindən olan qonaqların iştirakı ilə tədbir keçirilmişdir.

Qazaxıstan, Qırğızıstan, Çuvaşıs­tan və digər ölkələrdən dəvət olunmuş mədəniyyət və incəsənət xadimlərinin çıxışlarında ümummilli lider Heydər Əliyevin türk dünyasına nümunə olan bir lider olduğu dönə-dönə vurğulandı. 

Türkmənistanın ictimai xadimi Mu­rad Toylu Heydər Əliyevin uzaqgörən bir siyasətçi olduğundan bəhs etdi, türk dünyasının onun arzularını gerçəkləş­dirdiyini iftixarla qeyd etdi.

“Bu gün Türk Dövlətləri Təşkilatı artıq dünyanın ən mötəbər ictimai qu­rumlarından birinə çevrilib. Həm II Qa­rabağ savaşında, həm də Türkiyədə yaşanan son zəlzələ zamanı türk birli­yinin bir daha şahidi olduq. Ölkələrimiz indiyə qədər heç kimin görə bilmədiyi birlik nümayiş etdirib, səfərbər oldular. Bu bərabərliyi bütün dünya gördü”. 

Beynəlxalq Avrasiya Mətbuat Fon­dunun sədri Umud Rəhimoğlu çıxışın­da ulu öndər Heydər Əliyevi türk dün­yasının birliyi ideyasının müəllifi kimi xarakterizə etdi.

“80-ci illərdə Moskvada təhsil aldı­ğım illərdə Heydər Əliyev orada böyük vəzifədə idi. Bu böyük şəxsiyyətin həm sovetlər ittifaqının siyasətinin, həm də türkdilli dövlətlərin rəhbərləri ilə olan münasibətinin şahidi olmuşam. Türk dünyasının rəhbərlərinin Moskva şəhərində ilk görüşləri demək olar ki, Heydər Əliyevlə olurdu. Bu dahi şəx­siyyətin bütün tədbirlərdə səsləndirdiyi fikirlərin əsasını əlaqələrin genişləndi­rilməsi təşkil edirdi”.

Sonra “Unity Company” ərazi par­tiya təşkilatının sədri Fikrət Əliyev, “Nəfəs” İnsanlığa Dəstək İctimai Bir­liyinin sədri Firəngiz Balakişiyeva, Qazaxıstan Respublikasının tanınmış qələm ustası Tanagöz İlyasova, Çu­vaşıstan Respublikasının incəsənət xadimi Marina Kalyagina, digər dövlət və ictimai xadimlər çıxış etdilər, şeirlər səsləndirdilər. Tədbir konsert proqramı ilə davam etdi. 

 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Son xəbərlər