Prezidentin medianın inkişafına dəyərli töhfəsi

post-img

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Ver­gi Məcəlləsində dəyişiklik edilmə­si haqqında Azərbaycan Respub­likasının Qanunu”nu təsdiq edib. Beləliklə, media subyektlərinin (audiovizual media subyektləri is­tisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş ver­gilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təq­dim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur.

Məsələ ilə bağlı Azərbaycan Respub­likasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov APA-ya bildirib ki, bu qərar cənab İlham Əliyevin ölkə mediasına göstərdiyi diqqətin bariz nümunəsidir.

“İlk növbədə qeyd etməliyik ki, media subyektlərinin iqtisadi müstəqilliyinin güc­ləndirilməsi, dövlət büdcəsindən, o cüm­lədən, digər mənbələrdən maliyyələş­dirilmələrinin azaldılması və müstəqil fəaliyyətlərinin təmin edilməsi məqsədilə reklam bazarının həcminin artırılması zəruridir. Dövlətin medianın inkişafı­na dəstək strategiyasından bu sahəilə bağlı ayrı-ayrı vaxtlarda ƏDV-dən azad etmə təcrübəsi olmuşdur və bu, media­nın iqtisadi vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərmişdir”, – deyə Əhməd İsmayılov bildirib.

İcraçı direktor vurğulayıb ki, Azərbay­can mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü, fəaliy­yətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran və xalqımızın milli ma­raqlarını rəhbər tutan medianın inkişafı dövlət siyasətinin prioritetini təşkil edir.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azər­baycan Respublikasının Vergi Məcəl­ləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”­nu təsdiq etməsi mediamızın iqtisadi müstəqilliyinin gücləndirilməsinə dəyərli töhfədir. Ölkəmizin media ictimaiyyəti adından diqqət və qayğısına görə dövlə­timizin başçısına dərin minnətdarlığımızı bildiririk”, – deyə Əhməd İsmayılov bildi­rib.

Son xəbərlər