İranın iddiası rədd edilib

post-img

Haaqa Məhkəməsinin hakimləri İran Mərkəzi Bankının ABŞ-da bloklanmış aktivlərinin 1,57 milyard dolları ilə bağlı qərar vermək üçün lazımi səlahiyyətə malik olmadıqlarını deyiblər. Bu barədə məlumatı “Assoşeyted Press” agentliyi yayıb.

Qeyd edək ki, ABŞ Ali Məhkəməsi 1983-cü ildə Livanda törədilən partlayış zamanı həlak olmuş 241 ABŞ vətənda­şına görə İranın Mərkəzi Bankına məx­sus pulların təzminat kimi ödənilə bilə­cəyi barədə qərar qəbul edib.

İran hökuməti isə buna etiraz edib və 2016-cı ildə ABŞ məhkəməsinin qə­rarından Beynəlxalq Haaqa Məhkəmə­sinə şikayət edib.

Son xəbərlər