Terror aktını törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Prezidentin köməkçisi Anar Ələkbərov martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış Milli Məclisin deputatı Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb.

Millət vəkilinə dövlətimizin başçısının və birinci xanımın şəfa diləklərini çatdı­ran Anar Ələkbərov bildirib ki, Prezident İlham Əliyev onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün zə­ruri tədbirlərin görülməsi ilə bağlı müva­fiq tapşırıqlarını verib. Diqqətə çatdırılıb ki, xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət mə­suliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq təd­birlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verilib.

Milli Məclisin deputatı Fazil Musta­fa Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib, hadisənin onu sarsıtmadığı­nı vurğulayaraq, həmişə olduğu kimi bundan sonra da dövlətçilik ideya­larına sadiq qalacağını və heç nəyin onu bu yoldan çəkindirə bilməyəcəyini deyib.

 

Prezidentin Mətbuat Xidməti

Son xəbərlər