Dəyirmi masa

post-img

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirildi. 

Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Mobil Məcidov ümummilli liderin Hey­dət Əliyevin Azərbaycan xalqının milli müqəd­dəratının həlli istiqamətindəki misilsiz xidmət­lərindən danışdı.

Millət vəkili Tahir Rzayev çıxış edərək, 2023-cü təqvim ilinin “Heydər Əliyev İli” kimi qəbul olunmasını ulu öndərə sədaqətin ba­riz nümunəsi kimi qeyd etdi. Bildirdi ki, siyasi fəaliyyəti boyunca Azərbaycan xalqına bağlı olan, onun müstəqilliyi, inkişafı və parlaq gələ­cəyi naminə durmadan çalışan, dövlətçilik ənənələrimizi azərbaycançılıq ideologiyasının prinsipləri ilə cilalayan Heydər Əliyev irsinin öyrədilməsinin əhəmiyyəti böyükdür.

Çıxış edən Rövşən Əhmədov Heydər Əliye­vin siyasi hakimiyyəti illərində xalqa xidmətlərin­dən söz açaraq bildirdi ki, ulu öndərimiz xalqımı­zın xilaskarı missiyasını həyata keçirdi.

 

Son xəbərlər