Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatı ilə birgə “Heydər Əliyev İli"nə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda tədbir keçirib.
Tədbirdə çıxış edənlər 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətinə toxunaraq, qeyd ediblər ki, bütün həyatını xalqına, ölkəsinə həsr etmiş ulu öndər tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi əbədilik qazanıb. Görkəmli dövlət xadiminin müasir müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün həyata keçirdiyi uğurlardan geniş söhbət açan natiqlər bildiriblər ki, ümummilli lider Heydər Əliyev müdrik və uzaqgörən siyasəti ilə ölkəmizin hərtərəfli inkişafına nail olub, dövlət müstəqilliyini dönməz və əbədi edib. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Respublikamızın uğurlu daxili və xarici siyasətinin etibarlı əsaslarını işləyib hazırlayan ulu öndər regional və beynəlxalq layihələrin təməlini qoyub və onların reallaşdırılması istiqamətində konkret addımlar atıb.
Tədbirin sonunda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

