XİN-in məlumatı

post-img

Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarına dəstək tədbirləri çərçivəsində martın 10-da Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib. 

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən bildiriblər ki, bununla, zəlzələ baş vermiş gündən etibarən ümumilikdə 686 nəfər təxliyə olunub.

Türkiyə Respublikasından təxliyəsi həyata keçirilən vətəndaşlarımız və on­ların ailə üzvlərinə lazımi tibbi, humani­tar və psixoloji yardımın göstərilməsi, zərurət yarandıqda həmin şəxslərin müvəqqəti sığınacaq mərkəzlərinə yer­ləşdirilməsi istiqamətində aidiyyəti döv­lət qurumları tərəfindən müvafiq tədbir­lər həyata keçirilib. 

İndiyə qədər, 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir.

Son xəbərlər