“Kosmik salat”

post-img

Avstraliyanın Adelaida Universi-tetinin tədqiqatçıları astronavtlar üçün “kosmik salat” qarışımı hazırlayıblar. Yeməyin tərkibinə orbitdə lazım olan bütün qidalar daxildir.

Tədqiqatçılar, həmçinin Beynəlxalq Kosmik Stansiyasında bəzi məhsulların yetişdirilə biləcəyini də vurğulayıblar. Bunlar – soya, arpa, fısdıq, kələm yarpaqları, şirin kartof və çörəkotu toxumlarıdır. Yeməyin dadına baxan könüllülər onun çox dadlı olduğunu bildiriblər.
Professor Volker Qessel qeyd edib ki, salatın tərkibində astronavtın qida ehtiyacını ödəyə bilən faydalı məhsullar var: “Biz bunu NASA-nın araşdırmalarından və astronavtların gündəlik pəhriz tələblərindən istifadə edərək müəyyən etmişik”.
Professor onu da əlavə edib ki, astronavta əsas qidaları təmin edən qarışığı modelləşdirdikləri zaman onun rəngi, dadı, tərkibi və hətta təravəti də nəzərə alınır. Bütün bunlar onların əhval-ruhiyyəsində vacib rol oynayır. 


Aytən NƏCƏFOVA, 
“Xalq qəzeti”

Son xəbərlər