Məşğulluq Agentliyinin sədri beynəlxalq Forumda iştirak edib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Rifah iqtisadiyyatında sağlamlığa dair Avropa yüksək səviyyəli forumu”nda iştirak edib.

Dövlət Məşğulluq Agentliyindən AZƏIRTAC-a bildirilib ki, tədbirdə beynəlxalq maliyyə institutlarının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Avropa Komissiyasının, ÜST-ə üzv dövlətlərin və bir sıra digər qurumların nümayəndələri iştirak edib. Forumda əhalinin sağlamlığı, rifah səviyyəsi və güclü iqtisadiyyatın qurulması arasında qarşılıqlı əlaqələr müzakirə edilib, səlahiyyətli qurumlar arasında münasibətləri tənzimləyən və güclü iqtisadiyyat qurulmasına yönələn fəaliyyət istiqamətləri üzrə gündəlik təqdim edilib.

Məqsəd ictimai səhiyyə siyasəti və səhiyyə sistemlərinin iqtisadi və sosial dayanıqlılığa və davamlı inkişafa necə mühüm töhfələr verdiyini göstərmək, təcrübə mübadiləsini gücləndirərək əhalinin sağlamlığını və rifahını təşviq etmək, sosial problemləri və sağlamlıq bərabərsizliklərini aradan qaldırmaqdır.

Son xəbərlər