AZAL regionun lider aviaşirkətidir

post-img

Dünən Azərbaycan milli aviadaşıyıcısının (AZAL) uçuş heyətinin ümumi illik iclası keçirilib.

AZAL prezidenti Cahangir Əsgərov qeyd edib ki, bu gün Azərbaycanın mülki aviasiyası etibarlı aviadaşıyıcı kimi qüsursuz nüfuzunu təsdiqləyərək regionda lider mövqe tutmaqda davam edir.

O, uçuşların təhlükəsizliyinin təmin edilməsinin Azərbaycanın milli aviada­şıyıcısının ən yüksək prioriteti olduğu­nu xüsusilə vurğulayıb. Ən son IOSA auditinin uğurla başa çatması uçuş təhlükəsizliyinin ən yüksək səviyyədə qorunub saxlanılmasını və aviaşirkətin fəaliyyətinin ən ciddi beynəlxalq tələb­lərə uyğunluğunu bir daha təsdiq etdi.

Uçuşların təhlükəsizliyi və aviadaşı­maların səmərəliliyi məsələlərinə böyük diqqət yetirən AZAL uçuşların təhlükə­sizliyinin səviyyəsinin və sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsinə imkan verən qabaqcıl texnologiyaların və həllərin tətbiqi üzərində fəal işləyir. Aviaşirkətin hər bir əməkdaşı çalışır ki, Azərbaycan aviaşirkətlərinin sərnişinlə­ri təyyarədə özlərini rahat və təhlükə­siz hiss etsinlər, həmçinin aviasiya sə­nayesinin ən ciddi qaydalarına cavab verən yüksək səviyyəli xidmətlə təmin olunsunlar.

 

“Xalq qəzeti”



Son xəbərlər