Kubanın vitse-prezidenti Milli Məclisdə

post-img

Martın 1-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. S.Qafarova bu səfərin ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə və genişləndirilməsinə töhfə verəcəyinə inamını ifadə etdi. O bildirdi ki, ölkələrimiz arasında siyasi əlaqələr yaxşı səviyyədədir. Azərbaycanla Kuba beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında bir-birini həmişə qarşılıqlı şəkildə dəstəkləyirlər. 

Parlamentin Sədri qeyd edib ki, Kuba Respublikasının Prezidenti Miqel Dias-Kanel Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçı­larının Bakıda keçirilmiş 18-ci Zirvə Gö­rüşündə şəxsən iştirak edib və siz də Bakıda keçiriləcək Qoşulmama Hərə­katının Təmas Qrupunun Zirvə Görü­şündə iştirak edəcəksiniz.

Söhbət zamanı Sahibə xanım Ku­banın Azərbaycanın Qoşulmama Hərə­katına sədrliyi çərçivəsində irəli sürdü­yü təşəbbüsləri dəstəkləməsini, eyni zamanda, Azərbaycanın da BMT çər­çivəsində keçirilən səsvermələr zama­nı Kubanın mövqeyini müdafiə etdiyni diqqətə çatdırdı. O, COVİD-19 pande­miyasının ağır dövründə də ölkələri­mizin bir-birinə kömək etdiyini, kubalı həkimlərin həmin dövrdə göstərdiyi dəstəyin Azərbaycanda yüksək qiymət­ləndirildiyini bildirdi. Həmçinin ölkələri­miz arasında iqtisadiyyat, ticarət, elm, təhsil, mədəniyyət, idman, turizm və di­gər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı potensialın mövcud olduğunu və bu imkanlardan yararlan­mağın vacibliyini vurğuladı.

Kuba Respublikasının vitse-prezi­denti Salvador Antonio Valdes Mesa Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş və apardığı danışıqlar barədə təəssüratlarını bölüşdü. O, Ba­kıda keçiriləcək Qoşulmama Hərəkatı­nın Təmas Qrupunun Zirvə Görüşünə uğurlar arzuladı. 

Qonaq diqqətə çatdırdı ki, Kuba qarşılıqlı əlaqələrimizin möhkəmlən­dirilməsində və genişləndirilməsində maraqlıdır. Kuba bu ildən G77-yə sədr-lik edir. Azərbaycanın isə Qoşulmama Hərəkatına sədrliyi daha 1 il uzadılıb. O, bu iki təşkilata rəhbərlik edən ölkələ­rimizin qarşılıqlı əməkdaşlıq imkanla­rından danışdı. 

 

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər