Blinken Orta Asiyadadır

post-img

ABŞ-ın dövlət katibi Antoni Blinken Orta Asiyada səfərdədir. Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri turnesinə Qazaxıstandan başlayıb. Dünən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada ABŞ-ın dövlət katibini qəbul edib. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. 

Xəbərdə deyilir ki, görüş zamanı Tokayev qeyd edib ki, diplomatik münasibətlər qurulduğu illər ərzində Asta­na və Vaşinqton həm ikitərəfli, həm də çoxtərəfli formatda nü­munəvi əməkdaşlıq qurub. 

Blinken dünən günorta­dan sonra qonşu Özbəkistana gələrək bu ölkənin dövlət və hökumət rəsmiləri ilə müza­kirələrə başlayıb.

 

Hazırladı: M.HACIXANLI, “Xalq qəzeti”

Son xəbərlər