Xəbər verdiyimiz kimi, Xocalı qubanlarının xatirəsi Avstriyanın paytaxtı Vyanada da yad edilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Avropanın 31 şəhərinin təmsilçiləri iştirak ediblər.
Güney Azərbaycandan olan mühacirlərin və Borçalıdan getmiş soydaşlarımızın fəal iştirak etdiyi aksiya iştirakçıları “Xocalıya ədalət!” və digər yurdsevərlik şuarları ilə Vyananın küçələrindən keçiblər.
“Xalq qəzeti”