Ned Prays: Çin Rusiyaya ölümcül silahlar ötürərsə...

post-img

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Çin Rusiyaya ölümcül silahlar verərsə, dərhal bunun əvəzini ödəməli olacaq. Bu barədə “Associated Press” agentliyi xəbər yayıb.

Onun sözlərinə görə, belə bir hərəkət həmçinin Çinin imi­cinə zərbə vuracaq: “Bu, həm də rəsmi Pekinin müharibədə neytral mövqe tutması ilə bağlı əvvəlki bəyanatlarının yalan olduğunu göstərəcək”. N.Prays həmçinin bildirib ki, Çinin Ru­siyaya silah verməsi Ukrayna xalqı üçün faciəvi nəticələrə sə­bəb ola bilər.

Qeyd edək ki, daha əvvəl müxtəlif mənbələr, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns rəsmi Pe­kinin Ukraynaya qarşı istifadə olunması üçün Rusiyaya ölüm­cül silahların verilməsini nəzərdən keçirdiyini bildirmişdi.

Yeri gəlmişkən, ABŞ Prezidenti Cozef Bayden Çinin Rusi­yaya ölümcül silahlar verəcəyi təqdirdə bu dövlətə sanksiya tətbiq ediləcəyini deyib.

“Xalq qəzeti”

Son xəbərlər