Peskov: NATO münaqişənin iştirakçısıdır

post-img

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, NATO faktiki olaraq Ukrayna münaqişəsinin iştirakçısına çevrilib və artıq Rusiyanın düşməni kimi çıxış edir. 

Kreml sözçüsü Rusiyanın “Yeni START” müqaviləsində iştirakını dayandırmasının səbəblərinə toxunaraq bildi­rib ki, Rusiya üçün vəziyyət bu sənədin qəbul edildiyi dövrlə müqayisədə kəskin şəkildə dəyişib, bu gün NATO faktiki olaraq Ukraynadakı münaqişənin iştirakçısına çevrilib”.

Peskov Prezident Vladi­mir Putinin 2024-cü il prezi­dent seçkilərində namizədli­yini irəli sürüb-sürməyəcəyi barədə məsələyə də toxuna­raq qeyd edib ki, bu məsələ hələ dəqiqləşməyib.

Peskovun sözlərinə görə, hazırda Putinin işi çoxdur və hələlik seçkilərdə iştirakı barədə heç bir bəyanat verməyib. Kremlin sözçü­sü xüsusi hərbi əməliyya­tın məqsədlərinə dinc yolla çatmaq üçün Prezidentin danışıqlara hazır oduğunu da əlavə edib: “Fransa Pre­zidenti Emmanuel Makron Putinə zəng vurmağa, onun­la danışmağa hazır olması barədə 5-6 dəfə bəyanat verib, lakin bu barədə heç bir rəsmi təklif daxil olmayıb. Fransa münaqişə iştirakçıla­rından birinin tərəfində çıxış etməklə vasitəçilik imkanları­nı itirib”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər