Blinken Astanada olub

post-img

Dünən ABŞ-ın Dövlət katibi Entoni Blinken Qazaxıstana rəsmi səfərə gedib. Onun Mərkəzi Asiya ölkələri XİN başçıları ilə də görüşü planlaşdırılır. Məlumatı “Kazinform” agentliyinə istinadən TASS verib.

Məlumatda bildirilir ki, Blinken Astanada Qazaxıs­tanın xarici işlər naziri Muxtar Tleuberdi ilə danışıqlar apa­rıb. Onu Qazaxıstan Prezi­denti Kasım-Jomart Tokayev də qəbul edib.

Astanada Entoni Blinke­nin iştirakı ilə həm də Mərkə­zi Asiya ölkələri xarici siyasət idarələri rəhbərlərinin C5+1 formatında görüşü keçirilə­cək. Görüşdə Mərkəzi Asi­ya respublikalarının ABŞ-la tərəfdaşlığı və regional əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərin müza­kirəsi gözlənilir. 

Məlumata görə, Blinken Astanadan sonra Daşkəndə gedəcək, burada Özbəkista­nın yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcək. Martın 1-də isə o, “İyirmilər qrupu” xarici işlər nazirlərinin gö­rüşündə iştirak etmək üçün Nyu-Dehliyə yola düşəcək.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər