Martın 1-də
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 4-7° , gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5° isti, bəzi yerlərdə 5°-dək şaxta, gündüz 14-19° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 1-6° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 8-13° isti olacaq. Gecə dağlıq ərazilərdə yollar buz bağlayacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 1-6° , gündüz 8-13° isti, yüksək dağlıq ərazilərdə gecə 5°-dək şaxta, gündüz 2°-dək şaxta olacaq. Gecə dağlıq ərazilərdə yollar buz bağlayacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 2-7° isti, gündüz 16-21° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2-7° , gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti olacaq.
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 3-7° , gündüz 17-22° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2-6°, gündüz 13-18°, dağlarda gecə 4-7°, gündüz 14-17° isti olacaq.